Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 46 nəfər isə yaralanıb.
FED.az xəbər verir ki, bunu Odessa vilayətinin administrasiya rəhbəri Oleq Kiper deyib.
O, ərazidə xilasetmə işlərinin davam etdiyini bildirib.
***
Rusiya Silahlı qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Bu barədə Odessa vilayət prokurorluğu məlumat yayıb.
Məlumata əsasən, bu ilkin məlumatdır, ölən və yaralananların yekun sayı, eləcə də dağılan, zədələnən tikililərin tam siyahısı barədə məlumatlar hazırlanır. (Apa)