Rusiya Federasiyasının Müdafiə Nazirliyi qismən səfərbərliyə məruz qalmayacaq vətəndaşların kateqoriyalarını açıqlayıb.
FED.az xəbər verir ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və informasiya texnologiyaları sahəsində həllərin işlənib hazırlanması, tətbiqi, saxlanılması və istismarı və informasiya infrastrukturunun fəaliyyətinin təmin edilməsi ilə məşğul olan akkreditə olunmuş təşkilatlarda çalışan, Rusiya telekommunikasiya operatorlarında və rabitə vasitələrinin, məlumat emalı mərkəzlərinin, habelə Rusiya Federasiyasının ictimai rabitə vasitələrinin və xətlərinin sabitliyini, təhlükəsizliyini və fəaliyyətinin bütövlüyünü təmin edən, informasiya və rabitə sahəsində təşkilatlarda, habelə dövlət qeydiyyatına alınmış kütləvi informasiya vasitələrinin təsisçisi və (və ya) redaksiyası və (və ya) naşiri və (və ya) televiziya kanalının, radio kanalında məhsulların istehsalı və (və ya) yayılması ilə məşğul olan kütləvi informasiya vasitələrində çalışan, milli ödəniş sisteminin və maliyyə bazarı infrastrukturunun sabitliyini, bankların likvidliyinin idarə edilməsi, nağd pul dövriyyəsini təmin edən təşkilatlarda çalışan ali təhsilli və ya müvafiq ixtisaslaşmış vətəndaşlar qismən səfərbərlik çərçivəsində hərbi xidmətə cəlb olunmaması barədə qərar qəbul olunub.
"Müvafiq təşkilatların rəhbərləri tərəfindən RF Silahlı Qüvvələrinin Baş Qərargahına müəyyən edilmiş formada təqdim edilmiş vətəndaşların siyahıları vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə cəlb edilməsindən azad edilməsi üçün əsas hesab ediləcək", - deyə RF Müdafiə Nazirliyindən bildirilib.