Rusiya milyarderləri bu ilin əvvəlindən ümumilikdə 16,7 mlrd. ABŞ dolları itirib.
Eləcə də bax: İlon Mask ilk dəfə olaraq dünyanın ən varlı insanlarının dördlüyünə - DAXİL OLUB
FED.az "Bloomberg"in reytinqinə istinadən verdiyi məlumata görə, siyahı hazırlanarkən milyarderlərə məxsus səhmlərin dəyəri nəzərə alınır. Ümumilikdə, dünyanın 500 ən zəngin insanı siyahısında 23 rusiyalı milyarder yer alıb. Eyni zamanda, reytinq iştirakçılarının yarısından çoxu kapitallarını artırmağa müvəffəq olub.
Siyahıda ən zəngin rusiyalı "Nornikel"in sahiblərindən biri olan Vladimir Potanin olub. Onun sərvəti cari ilin əvvəlindən 1,54 mlrd. dollar azalıb və hazırda 26,5 mlrd. dollar səviyyəsindədir.
İkinci yerdə "Novatek" şirkətinin ortaq sahibi Leonid Mixelson qəralaşıb. Onun sərvəti 4,96 mlrd. dollar azalaraq 19,6 mlrd. dollar təşkil edib.
Reytinqin 3-cü yerində isə ilin əvvəlindən 1,81 mlrd. dollar itirən Vladimir Lisin yer alıb. Hazırda onun kapitalı 19,6 mlrd. dollar səviyyəsində qiymətləndirilir.
Siyahının 4-cü yerini kapitalını 2,29 mlrd. dollar artıraraq 18,6 mlrd. dollara çatdıran Alişer Usmanov tutub.
Reytinqin ilk beşliyini "Severstal"ın sahibi Aleksey Mordaşov tamamlayır – onun kapitalı 1,87 mlrd. dollar azalaraq 18,1 mlrd. dollara düşüb.
Həmyerlimiz, "Lukoil" neft-qaz şirkətinin rəhbəri Vahid Ələkbərov isə 17,2 mlrd. dollarla (-5,06 mlrd. dollar) reytinqin 6-cı pilləsində qərarlaşıb. Onun ardınca 16,2 mlrd. dollarla (-175 mln. dollar) Roman Abramoviç, 16,1 mlrd. dollarla (+698 mln. dollar) Andrey Melniçenko və 15 mlrd. dollarla Viktor Vekselberq yer alıb. Reytinqin ilk onluğunu ilin əvvəlindən sərvətini 107 mln. dollar artıraraq 14 mlrd. dollara yüksəldən Mixail Fridman tamamlayır.
"apa"