Rusiya hökuməti Belçikanın «AB InBev» şirkəti ilə olan birgə müəssisəni Türkiyənin «Anadolu Efes» şirkətinə satmaqdan imtina edib.
FED.az xəbər verir ki, «AB InBev» şirkəti Rusiyada iri pivə zavodlarına malikdir. Onun Rusiyadakı ortağı ilə yaratdığı şirkət pivə bazarının liderlərindəndir. Ukrayna müharibəsi və Rusiyaya sanksiyalar nəticəsində şirkət Rusiyanın tərk edir və payını satır. İndi Rusiya hökuməti bu pay üçün alıcı seçir. «Anadolu Efes» şirkəti isə «AB InBev»nin çoxdankı şərikidir və onunla çoxsaylı biznesi var. Buna görə də «Anadolu Efes» Rusiyadakı müəssisəni almaq istəyib.
«AB InBev» şirkəti Rusiyadakı payını hələ 2022-ci ildən satmaq istəyir, amma son vaxtlaradək bu məsələni Rusiya hökuməti araşdırırdı. Həm də şirkətin satış qiymətini müəyyən etmək lazım idi. Bu məbləğ də onun 2023-cü ildəki fəaliyyətinin nəticələrindən asılı oldu.
«KPMG» şirkətinin məlumatına görə, «AB InBev»in Rusiya bizesinin qiyməti 1,1-1,3 milyard dollar təşkil edir. «AB InBev» Rusiyada 11 fabrik və üç səməniləmə kompleksinə malikdir. 2023-cü ildə şirkətin gəlirləri 11%-dən çox artaraq 109 milyad rubl və ya 1,2 milyard dollar olub. Xalis mənfət isə təqribən 200 milyon dollara yüksəlib.
Qeyd edək ki, dünyanın digər iri pivə istehsalçıları Rusiyanı çoxdan tərk edib. Belə ki, 2022-ci ilin martında Danimarkanın «Carlsberg Group» şirkəti ölkədən çıxacağını elan edib və bu proses 2023-də başa çatıb. 2023-cü ilin avqusunda isə «Heineken» Rusiyadakı aktivlərini satıb.