“Ruselectronics”in rəhbəri Iqor Kozlov verdiyi açıqlamada keyfiyyətdə “iPhone”dan fərqlənməyən, lakin xərci daha az olan smartfon istehsal etməyi planlaşdırdıqlarını bildirib.
TASS-ın məlumatına əsasən, Kozlov: “2018-ci ildə “yerli iPhone” istehsalını planlaşdırırıq. Smartfonun qiymətinin 130$ olacağı hesab olunur”-deyə, bildirib.
Qeyd edək ki,dövlət şirkəti “Rostec”in bir hissəsi olan “Ruselectronics” 2009-cu ildən fəaliyyətdədir.
bbn©