“Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya nəqliyyat əlaqəsinin ən yaxın zamanda bərpa olunacağına ümid edir: “Rusiya sülhməramlı kontingenti yaranmış vəziyyətin deeskalasiyası üçün fəal olaraq çalışır”.