Rusiya Gürcüstana qarşı genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq etsə, bizi tam kollaps gözləyir.
FED.az Banker.az - a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib.
“Gürcüstandakı Rusiya qoşunlarına, eləcə də Abxaziya və Cənubi Osetiyada çalışan rus şirkətlərinə qarşı ABŞ və AB sanksiyalarının tətbiqi Rusiyanın Gürcüstana qarşı iqtisadi sanksiyalarına səbəb olacaq. Bizim iqtisadiyyatımızın Rusiya ilə bağlı olduğu indiki dönəmdə biz tam kollapsla üz-üzə qalacağıq ki, bu da hakimiyyət institutlarının dağılmasına səbəb olacaq. Ağır siyasi və mülki böhranlar qaçılmazdır, ölkəmizə yardım edilməyəcək. Dividentləri isə konkret hansısa siyasi qüvvə əldə edəcək”, – deyə o bildirib