Rusiya Ermənistana silahlar göndərib.
"Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır"
FED.az xəbər verir ki, bu barədə hakim “Mülki Müqavilə” Partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində deyib.
O bildirib ki, silahlar artıq Ermənistana çatdırılıb.
Deputatın sözlərinə görə, hərbi təyinatlı məhsullar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib.
Q.Melkonyan konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb. (Report)