Rusiya Dövlət Duması bu gün keçirilən plenar iclasda Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat qəbul edib.
Eləcə də bax: “Rusiya qonşularının daxili siyasətinə qarışmır”
FED.az xəbər verir ki, bəyanatda Rusiya parlamentariləri tərəfləri danışıqlara qayıtmağa çağırıb və vəziyyəti sabitləşdirmək üçün vasitəçi olmağa hazır olduqlarını bildiriblər.
“Dövlət Duması dərhal atəşkəsin bərpasının zəruriliyini, bölgədə qarşıdurmanın artmasına yol verilməməli olduğunu və vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığını bildirir. Dövlət Dumasının millət vəkilləri tərəfləri danışıqlar prosesinə ən qısa müddətdə qayıtmağa çağırır və vəziyyəti sabitləşdirmək üçün vasitəçilik köməyi göstərməyə hazır olduğunu bildirir”, - deyə bəyanatda qeyd olunub.
Həmçinin, millət vəkilləri açıqlamalarında Dağlıq Qarabağ münaqişəsi zonasında çoxsaylı insan tələfatına səbəb olan vəziyyətin kəskin şəkildə gərginləşməsindən ciddi narahatlıqlarını ifadə ediblər. (Qafqazinfo)