Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ərazisini nəzarətə götürüb.
FED.az xəbər verir ki, bu barədə yayılan məlumatı Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak təsdiqləyib.
Onun sözlərinə görə, hazırda stansiya təhlükədədir, təxribat riski var:
"Ağır döyüşdən sonra Çernobıl sahəsinə nəzarətimiz itirildi. Keçmiş Çernobıl AES-in obyektlərinin vəziyyəti, saxlama və nüvə tullantıları anbarı məlum deyil.
Rusların bu istiqamətdə tamamilə mənasız hücumundan sonra Çernobıl AES-in təhlükəsiz olduğunu demək mümkün deyil. Bu, Avropa üçün bu gün ən ciddi təhlükələrdən biridir. Ruslar, yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli şeylər hazırlayırlar, ya da ondan istifadə edəcəklər”.
"Rusiya işğalçıları Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirib, şəxsi heyət girov götürülüb",
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova Facebook səhifəsində məlumat verib.
"Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiyanın əməkdaşları girov saxlanılır. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyini təhdid edir", - Şevtsova bildirib.
Ukrayna Prezidenti ofisinin rəhbərinin müavini Mixail Podolyak məlumatı təsdiqləyib.
“Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ərazisini nəzarətə götürüb”, - o deyib. M.Podolyakın sözlərinə görə, hazırda stansiya təhlükədədir, təxribat riski var.
"Ağır döyüşdən sonra Çernobıl sahəsinə nəzarətimiz itirildi. Keçmiş Çernobıl AES-in obyektlərinin vəziyyəti, saxlama və nüvə tullantılarının saxlanılması vəziyyəti məlum deyil. Rusların bu istiqamətdə tamamilə mənasız hücumundan sonra Çernobıl AES-in təhlükəsiz olduğunu demək mümkün deyil. Bu, Avropa üçün bu gün ən ciddi təhlükələrdən biridir. Rusların vərdişlərini bilərək deyirəm , onlar yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli şeylər hazırlayırlar, ya da ondan istifadə edəcəklər”, - o əlavə edib.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zeleskiy bildirmişdi ki, Rusiya işğalçı qüvvələri Çernobıl Atol Elektrik Stansiyasını ələ keçirməyə çalışır: "Bu, bütün Avropaya müharibə elanıdır. Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün canlarını verirlər. Bu barədə İsveç Baş nazirinə məlumat vermişəm".**