Banner

Digər

Rusiya Bankı rublun ucuzlaşmasına münasibət bildirib

Rusiya Bankı rublun ucuzlaşmasına münasibət bildirib | FED.az
13:10 10 Avq 2018

Rusiya Bankı (Mərkəzi Bank) ölkənin valyuta bazarının hazırkı vəziyyəti ilə ilə bağlı açıqlama verib.

FED.az xəbər verir ki, qurumun bəyanatında bildirilir ki, son günlərdə rublun məzənnəsində volatilliyin müşahidə olunması qlobal maliyyə bazarlarında dəyişiklik fonunda yeni potensial sanksiyalarla bağlı xəbərlərə maliyyə bazarının təbii reaksiya verməsi ilə bağlıdır. 

"Rusiya Bankı maliyyə sabitliyinə yaranacaq təhlükənin aradan qaldırılması üçün kifayət qədər resursa malikdir", - deyə Mərkəzi Bankın açıqlamasında qeyd olunub. 

Xatırladaq ki, bu gün Rusiyada ABŞ dollarının məzənnəsi 2016-cı ili avqustun 3-dən etibarən ilk dəfə 67 rublu keçib. 

Digər xəbərlər

Banner