İran prezidenti Həsən Ruhani səhvən raketlə vurulan Ukrayna təyyarəsinə görə, günahkar şəxslərin cəzalandırılacağını bildirib.
FED.az xəbər verir ki, Həsən Ruhani "Twitter" hesabından verdiyi açıqlamada təyyarənin vurulmasında günahkar bilinən bütün şəxslər istintaqa cəlb ediləcəyini bildirib: "Silahlı qüvvələrin daxili araşdırması nəticəsində məlum oldu ki, Ukrayna təyyarəsi insan səhvi nəticəsində vurulub və 176 günahsız insanın ölümünə səbəb olub. Bu böyük faciə araşdırılacaq və bağışlanmaz səhvi edənlər müəyyənləşdirilib cəzalandırılacaq".
Yeniavaz