Ukraynanın PUA zərbələri nəticəsində Rusiyanın Rostov vilayətində neft bazasında altı gündür davam edən yanğın genişlənərək evlərə keçib.
Putin: "Ukrayna gecə Kursk AES-ə zərbə endirməyə cəhd edib"
FED.az xəbər verir ki, vilayətin Proletarski şəhərində neft bazasında yanğını lokallaşdırmaq mümkün olmayıb, alov bazadan kənara yayılıb.
Yanğın əvvəlcə quru ot sahəsinə, daha sonra yaşayış məntəqəsinə keçib.
Yerli sakinlər xəbər verir ki, Çapayev küçəsini alov bürüyüb, artıq altı ev yanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının söndürülməsində 40 nəfərlik şəxsi heyət və 12 texnika iştirak edir.
Qeyd edək ki, Ukraynanın avqustun 18-də həyata keçirdiyi dron zərbələri nəticəsində Proletarski şəhərindəki neft bazasında yanğın başlayıb. Yanğınsöndürənlər altı gündür alovun qarşısını ala bilmirlər.
Yanğın baş verəndən sonra Ukrayna yenidən bazaya dronla hücum edib. Hücum zamanı xəsarət alan olmayıb. (Apa)