Rusiyanın "Pobeda" loukosteri (aşağıbüdcəli aviaşirkət) yeni beynəlxalq istiqamətlər olan Bakı və Tbilisiyə biletlərin satışına başlayıb.
"Pobeda" oktyabr ayının 30-dan etibarən həftədə 4 dəfə Rostovdan Bakıya uçuşlar yerinə yetirəcək. Tbilisiyə isə şirkət noyabr ayının 1-dən həftədə 3 dəfə uçacaq.
İlk reysə biletlərin qiyməti 999 rubl (təxminən 26 manat) təşkil edəcək ki, bura bütün yığımlar daxildir.