Roma Papası Fransisk vəfat edib.
FED.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Roma Papası 88 yaşında vəfat edib.
Fevralın 14-də Papa Fransisk bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub və bir neçə dəfə süni nəfəs aparatına qoşulub.
Martın 23-də Fransisk 38 gün xəstəxanada qaldıqdan sonra Vatikana qayıdıb. Ötən gün o, Vatikanın Müqəddəs Pyotr meydanında Pasxa bayramı ilə əlaqədar müraciət edib.
Qeyd edək ki, Papa Fransisk 1936-cı ildə Argentinada anadan olub. O, 2013-cü ildə Roma Katolik Kilsəsinin başçısı seçilib. (Apa)