İlana oxşayan yeni robot xəstənin boğazından içəri daxil olaraq içəridən əməliyyat aparacaqdır.
Tezliklə, Flex Robotic System robot ilanı cərrahların ən dəyərli köməkçisi olacaqdır. Robotlaşdırılmış elastik sistem xəstənin boğazından içri daxil olaraq ən çətin yerlərə belə girərək minimal dərəcədə invaziv müdaxilə ilə əməliyyat həyata keçirəcəkdir.
Robot yüksək həllə malik HD-kamera ilə təchiz edilmişdir və coystik vasitəsilə idarə olunur. Bu da cərraha imkan verir ki, heç bir müdaxilə olmadan orqanizmin keçilməsi ən çətin olan yerlərinə nüfuz etsin.
Robot-cərrahın yaradılma ideyası Karnegi Mellon Universitetinin robot-texnikası institutunun professoru, Marko Zenatti, Alon Volf və Pitsburq universiteti ilə birgə Medrobotics şirkətini yaradan Xovi Xosetaya məxsusdur.
"Flex Robotic System" sistemi daxili və xarici mexanizmlərdən ibarətdir. İlk öncə, elastik xarici mexanizm cərrahın idarəçiliyi altında özünə yol tapır.
Sonra onun içərisindən nisbətən şəffaf skelet keçir, bu da növbəti addımların atılması üçün böyük bir əsas rolunda çıxış edir.
Sözügedən texnologiyanın köməyilə əvvəllər həyata keçirilməsi mümkün olmayan və lakin indi heç bir xarici cərrahi müdaxilə olmadan xəstəliklərin daha səmərəli müalicəsi üsulu təklif ediləcəkdir.
Bu robotu istehsal edən şirkət artıq bir neçə fərdi investordan 130 milyon dollar civarında investisiya almışdır.