Rusiya qoşunlarının bütün qrupları 8 may saat 00:00-dan etibarən, döyüş əməliyyatlarını tam dayandırıb.
FED.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində Qələbənin 80 illiyi günlərində atəşkəs elan edərək, Rusiya ordusunun mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracağını bildirib.
Buna cavab olaraq Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəsin 3 deyil, 30 günlük olmasında təkid edib. (Report)