Sumqayıt şəhərində yerləşən “Türkan” restoranında müştərilər və iaşə müəssisəsinin administratoru arasında dava düşüb.
Eləcə də bax: Deputat restoranlarda qiymətlərin - BAHALIĞINDAN ŞİKAYƏTLƏNİB
FED.az xəbər verir ki, 4 nəfər müştəri hesabın çox olmasını deyib. Obyektin ofisiantı bununla razılaşmayaraq administratoru çağırıb. Mübahisə administratorla da davam edib. Mübahisə zamanı həmin müştərilər restoranın administratoru Rafiq Muradovu döyüblər.
Faktla bağlı araşdırma aparılır.