Xersonda Rusiya işğalçıları azərbaycanlıları və Axısqa türklərini zorla deportasiya etməyə hazırlaşır. Onları Krıma köçürmək niyyətindədirlər.
FED.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk brifinqdə söyləyib.
“Əldə olan məlumata görə, işğalçılar nümayiş aksiyası planlaşdırıblar. Onlar Xersondan etnik erməniləri, azərbaycanlıları və Axısqa türklərini zorla Ukraynanın işğal olunmuş Krıma sürgün etməyə hazırlaşırlar”.
Kiyev rəsmisinin sözlərinə görə, bu addımlar cinayətdir. (Report)