Digər

Ramiz Mehdiyev keçmiş deputata - VƏZİFƏ VERDİ

Ramiz Mehdiyev keçmiş deputata - VƏZİFƏ VERDİ | FED.az
14:29 27 Noy 2019

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.

FED.az xəbər verir ki, akademik R.Mehdiyevin əmri ilə Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

Eləcə də bax: AMEA-da idarə və şöbələr ləğv olundu - Ramiz Mehdiyevdən SƏRƏNCAM

Elton Məmmədov açıqlamasında xəbəri təsdiqləyib:

“Bəli, yeni vəzifəyə təyin olunmuşam. İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam”.

Xatırladaq ki, keçmiş deputat Elton Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Unikal.org

Digər xəbərlər

Banner