ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nail ola bilər.
“Raketlər öz sözünü deyəcək” - Zelenskidən ilk açıqlama
FED.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.
“Tramp praqmatik insandır”, - deyə Medvedev əlavə edib.
Eyni zamanda o, Moskvanın nə Trampa, nə də başqasına ümid bəsləmədiyini vurğulayıb: “Biz yalnız öz gücümüzə güvənirik”.
Qeyd edək ki, Tramp dəfələrlə Ukraynadakı münaqişəni mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bildirib. (Trend)