"Rusiya danışıqlara və münaqişənin sona çatdırılmasına hazırdır — indi "top" Ukrayna və onun Avropa sponsorlarının tərəfindədir.
Zelenski: "Heç bir ərazi güzəşti olmayacaq"
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "İlin nəticələri" tədbirində (Putinin böyük mətbuat konfransı) sualları cavablandırarkən deyib.
Putin bildirib ki, Rusiya gələn il sülhün olmasını və hərbi münaqişələrin olmamasını çox istəyir.
Putin bildirib ki, Rusiyaya hörmətlə yanaşılarsa və "aldatılmazsa", yeni xüsusi əməliyyatlar olmayacaq.
O, həmçinin Rusiyanın Avropaya hücum edə biləcəyi iddialarını absurd adlandırıb.
Putin bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə ciddi səylər göstərir və bunu tam səmimiyyətlə edir.
"Rusiya Alyaskada keçirilən görüşdə demək olar ki, Trampın təklifləri ilə razılaşıb, ona görə də Moskvanın nəyisə rədd etdiyini demək olmaz", - Rusiya rəhbəri qeyd edib.
Putin bildirib ki, Ukraynada hakimiyyət legitim olmalıdır və seçkilər keçirilmədən bu mümkün deyil. Putin deyibi ki, Ukraynada seçkilər keçirilərsə, səsvermə günü, Rusiya Ukraynanın dərinliklərinə zərbələrin endirilməsinin dayandırılmasını düşünməyə hazırdır.
Putin deyib ki, Rusiya və Çin hərbi sahədə əməkdaşlıq edir.
“Bu müharibəni biz başlamamışıq”, — deyə Putin NBC jurnalistinin soruşduğu suala cavab verib. Jurnalist soruşmuşdu ki, əgər Moskva Trampın sülh planını rədd edərsə, 2026-cı ildə münaqişə zamanı həlak olan ukraynalılar və ruslar üçün məsuliyyəti öz üzərinə götürəcəkmi.
Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Rusiya mülki infrastrukturuna hücumlarına cavab olaraq müntəzəm zərbələr endirir. Rusiya rəhbəri qeyd edib ki, Kalininqrad vilayətinə edilən təhdidlər genişmiqyaslı münaqişə ilə nəticələnə bilər.
"Kiyevin neft tankerlərinə hücumları nəticə verməyəcək və təchizatı pozmayacaq, lakin Rusiya tərəfindən cavab tədbirləri mütləq olacaq", - Putin bildirib.
"Xüsusi Hərbi Əməliyyat Zonasında (SVO) 700 min döyüşçü var", - Putin deyib.
Putin əlavə edib ki, Rusiya ordusu dünyada ən döyüş qabiliyyətli orduya çevrilib.
Putin ilin yekunlarını 4 saat 27 dəqiqə ərzində açıqlayıb və 70-dən çox mövzunu şərh edib. (Marja)










