"Rusiya, ona qarşı təhlükə yaranarsa, cavab olaraq rəqiblərinin hələ ki, malik olmadığı vasitələrdən istifadə edəcək".
Eləcə də bax: Ukrayna ordusu daha üç yaşayış məntəqəsini - AZAD EDİB
FED.az xəbər veri ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib.
Vladimir Putin deyib ki, vətənpərvərlik Rusiya dövlətçiliyinin əsas təməllərindən biridir və Rusiya cəmiyyəti üçün ən vacib dəyərdir. o, vətənə sevgini Rusiya dövlətçiliyinin əsas təməllərindən biri adlandırıb.
Putin qeyd edib ki, Rusiya Federasiyası onu təcrid etmək cəhdlərinə daha çox biznes azadlığı və açıqlıqla cavab verəcək.
Rusiya Prezidenti Putin deyib ki, təkcə iqtisadiyyatın sabitliyini təmin etmək deyil, həm də Rusiya Federasiyasının sənaye suverenliyini, bir sıra sahələrdə qlobal liderliyini gücləndirmək lazımdır.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı Qərbin sarsıdıcı hesab etdiyi sanksiyaların təsiri altında çökməyərək, möhkəm dayanıb. (Marja)