“Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyində dəyişiklik edilib.
FED.az xəbər verir ki, qurumun Baş direktoru Hicran Qardaşxan oğlu Valehov vəzifəsindən azad olunub.
Baş direktor vəzifəsinə Ələkbər Adil oğlu Abbaslı təyin edilib.
Qeyd edək ki, Hicran Valehov 2023-cü ildən etibarən STP-yə rəhbərlik edirdi. O, daha əvvəl – 2016-2023-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də sədrin müavini vəzifəsini icra edib.
Xatırladaq ki, 2022-ci ilin may ayında Cavid Qurbanov ADY sədri vəzifəsindən azad edildikdən sonra, quruma 7 ay müddətində sədr səlahiyyətlərini Hicran Valehov icra edib.









