Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabağça sarayında Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşündən əvvəl çıxış edib.
FED.az xəbər verir ki, "Sizdən şad xəbər gözləyirik. Biz hər bir dəstəyi göstərməyə hazırıq" - Ərdoğan bildirib.
“Sizlərin danışıqlarda təmin edəcəyiniz irəliləyiş, növbəti mərhələdə liderlərin görüşü üçün əsas olacaqdır”, - Türkiyə Prezidenti deyib.
Ərdoğan əlavə edib ki, bu gün Özbəkistana səfər edəcək, lakin xarici işlər naziri Çavuşoğlu Türkiyədə qalacaqdır. (Marja)