Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyaya pulunu ödədiklərini, amma hələ də silahları çatdırmadıqlarını təsdiqləyib.
"Ermənistan yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır"
FED.az xəbər verir ki, Paşinyan son dönəmlər yaxa qurtarmaq istədiyi rəsmi Moskva ilə bu məsələnin müzakirə olunduğunu deyib.
"Bu problemin həlli mexanizmləri ilə bağlı müzakirələr gedir. Variantlardan biri ödənilmiş pulun məbləği ola bilər, məsələn, Ermənistanın Rusiyaya olan borcunun azaldılması. Yeganə variant deyil, variantlardan biridir", - deyə N.Paşinyan bildirib. (Trend)