“Rusiya Ukraynaya hücum etməklə 25 ildə qazandıqlarını məhv etdi”.
FED.az Ukrayna Prezidenti ofisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 18-də videomüraciətində bildirib.
“Rusiya Ukraynaya hücum etməklə 90-cı illərin qarmaqarışıqlığına qayıdacaq. Onlar Ukraynaya qarşı müharibədə öz milli sərvətlərini yandırmaqdan əl çəkmirlər. Əminəm ki, bizə hücum etməklə Rusiya cəmiyyətini məhv edəcəklər. Bu, onlar üçün süqut, ağrılı süqut olacaq”, - Volodimir Zelenski qeyd edib. (Report)