ABŞ Prezidenti Donald Tramp Florida ştatına səfəri zamanı “Air Force One” təyyarəsində ABŞ-ın qlobal enerji siyasəti çərçivəsində Venesuela nefti ilə bağlı açıqlamalar verib.
Tramp Qrenlandiya məsələsində ona qarşı olan Avropa ölkələrinə - 10% RÜSUM TƏTBİQ EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İranla bağlı yekun qərar verib-vermədiyi barədə suala Tramp bölgədə güclü hərbi qüvvələrin mövcud olduğunu vurğulayaraq cavab verib.
“Bunu qəti şəkildə deyə bilmərəm, amma ora doğru irəliləyən çox böyük və güclü gəmilərimiz var. Ümid edirəm ki, qəbul edilə bilən bir məsələ üzərində danışıqlar aparacaqlar”, – deyə Tramp bildirib və İranın nüvə silahı əldə etməməli olduğunu qeyd edib.
Tramp əlavə edib: “Nüvə silahlarının olmadığı, hər kəs üçün qənaətbəxş bir razılaşma əldə oluna bilər və bunu etməlidirlər. Amma bunu edib-etməyəcəklərini bilmirəm. Lakin bizimlə danışırlar. Bizimlə ciddi şəkildə danışıqlar aparırlar.” (Marja)










