İranın Xarici İşlər Nazirliyi Azərbaycan, Kipr və Türkiyə ərazilərinə hücumları təkzib edib.
Naxçıvan Beynəlxalq Hava Limanı vuruldu - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Esmail Baqai bildirib ki, İslam İslam Respublikasının silahlı qüvvələri Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib.
"İran ərazisindən Türkiyə, Kipr və Azərbaycan istiqamətində hər hansı hərbi əməliyyat həyata keçirilməyib” – deyə onun sözlərini "Al Jazeera" telekanalı gətirib.
O əlavə edib ki, bəzi xəbərlərdə qeyd olunan hücumlar “quraşdırılmış” ola bilər və vurğulayıb:
“Düşmən bizi digər ölkələrlə üz-üzə qoymaq üçün bəzi hücumları qura bilər, biz də bunu dəfələrlə xəbərdarlıq etmişik.” (Marja)











