"24 saat tamamlanmadan 22 min 150 sifariş verildi"
FED.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
TOGG barəsində də danışan Ərdoğan bildirib ki, bu fabrikdən indiyə qədərki tələb 80 mindir: "Sifarişlər çoxdur. İlk 24 saat tamam olmadan 22 min 150 sifariş verilib. 2012-ci ildən bəri ölkəmizdə satılan elektromobil sayı 14 min 780. TOGG ölkəmizdə 10 ildə satılan elektromobil sayının 5 qatı qədər sifarişi sadəcə 6 gündə aldı. TOGG'un istehsal hədəfi 2030-cu ilə qədər 1 milyon istehsaldır".