Rusiya ən çox artilleriya sistemlərinə, eləcə də müəyyən edilmiş sursat ehtiyatlarına malikdir.
FED.az xəbər verir ki, bu barədə “Forbes” jurbnalı məlumat yayıb.
Jurnalın məlumatına görə, Rusiya ordusu dünyada ən çox artilleriyaya sahibdir. Müqayisə üçün bildirilir ki, Rusiya ordusu ABŞ ordusundan üç dəfə çox artilleriyaya malikdir.
Rusiya Sovet dövründən qalma MS19 Msta-S kimi özüyeriyən haubitsalardan və 2S33 Msta-SM2 kimi daha yeni sistemlərdən istifadə edir. Bundan əlavə, Rusiya müdafiə sənayesi güclü təchizat şəbəkəsinə malikdir. Belə ki, Rusiya müdafiə sənayesi ayda 250 000 artilleriya döyüş sursatı istehsal gücünə malikdir. Bu istehsal gücü ordunun istifadə nisbətinə uyğun səviyyədədir. Bu, Rusiyaya artilleriya döyüş sursatı ehtiyacını ödəməyə imkan verir.