Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlər istehlakçıları aldadaraq fəaliyyətlərində pozuntulara yol veriblər.
«Rahat Market» alıcını aldadıb, mal üstündəki qiymətdən baha satılıb – CƏRİMƏ EDİLİB
«AL market» alıcını aldadıb, mal üstündəki qiymətdən baha satılıb – CƏRİMƏ EDİLİB
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə “Caspian Entertainment Company” MMC 11.07.2024-cü il tarixində istehlakçını aldadaraq cərimə edilib.
Belə ki, adı çəkilən şirkət əyləncə mərkəzində uşaqlar üçün giriş haqqı qiymətini qiymət cədvəlində göstərilmiş məbləğdən baha hesablayıb.
“Caspian Entertainment Company” MMC tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi pozulmuşdur.
Hüquq pozuntusunun əlamətləri olaraq İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində qeyd olunmuş “Xidmətin hesabına dair istehlakçıların az miqdarda aldadılması” nəzərə alınmışdır.