Qlobal maliyyə böhranını proqnozlaşdırmaqla tanınan iqtisadçı Nouriel Roubini ABŞ iqtisadiyyatında ya kəskin tənəzzül ya da uzunmüddətli yüksək inflyasiya proqnozlaşdırır.
Çip müharibəsi böyüyür - CİDDİ BÖHRAN YARANA BİLƏR
ABŞ Mərkəzi Bankının (Fed) son illərdəki ən aqressiv faiz artırımı qərarlarını nəzərə alan iqtisadçı Nouriel Roubini ABŞ iqtisadiyyatı üçün iki ssenari proqnozlaşdırır: kəskin tənəzzül və ya davamlı yüksək inflyasiya.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2018-ci il maliyyə böhranı zamanı verdiyi proqnozlara görə "böhran kahini" və "cənab fəlakət" kimi tanınan "Macro Associates"in təsisçisi və baş direktoru Nouriel Roubini deyib: "İnflyasiyanın 2 faizə endirilməsi üçün Fed faiz dərəcəsini 4 faizdən xeyli yuxarı qaldırmalıdır. Fikrimcə, bu, 4,5-5 faiz olmalıdır”.
Bloomberg TV-nin yayımında çıxış edən Roubini, “Əgər bu baş verməsə, inflyasiya nəzarətdən çıxacaq. Amma bu baş verərsə (Fed faizini daha çox artırsa -red ), kəskin tənəzzül baş verəcək”, - deyib.
FED üzvlərinin proqnozlarına görə, faiz dərəcələri bu ilin sonunda 3- 3,75 faiz civarında, 2023-cü ilin sonunda isə təxminən 3,8 faiz səviyyəsində gözlənilir.
"Bu, kifayət qədər yüksək deyil", -Roubini bildirib.
Roubini, “Bazarların FED-in gələn il pul siyasətində istiqaməti dəyişəcəyi və faiz dərəcələrini aşağı salmağa başlayacağı ilə bağlı gözləntiləri mənə yuxu kimi görünür", -əlavə edib (Marja).