Əhali üçün su təhcizatı və tullantı sularının axıdılması tariflərinin artırılması "Azərsu" ASC-nin gəlirlərini 92,5 milyon manat artırılacadır.
Eləcə də bax: Tarif Şurasının son qərarı ilə bağlı "Azərsu" açıqlama verir - CANLI - VİDEO
FED.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov bu gün keçirdiyi brifinqdə bildirib.
Qiymətlərin artması ilə əlaqədar olaraq su istehlakının 3-5% azalması gözlənilir.
Qeyd edilib ki, tariflərin artırılması "Azərsu" ASC-nin büdcədən asılılığını azaldacaq, amma büdcədən şirkətə subsidiya ödənilməsi davam edəcəkdir. 2021-ci ildə dövlət büdcəsindən şirkətı 45 milyon manat subsidiya ödənilməsi nəzrədə tutulur. (Marja)