“Azərsu” ASC-nin 955 nömrəli zəng mərkəzinə su borusunun və yaxud sayğacların donması ilə barədə heç bir müraciət daxil olmayıb.
“Azərsu”: "Şaxtalı günlərdə sayğacı donvuran abunəçilər yenisini öz hesablarına alacaqlar" - FOTOLAR
FED.az xəbər verir ki, bunu qurumun İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.
“Operativ idarəetmə şöbəsindən verilən məlumata görə, hazırda həm Bakı şəhərində və Abşeron yarımadasında, həm də regionlarda bütün mənbələrdən lazımi həcmdə su götürülür və abonentlər dayanıqlı içməli su ilə təmin olunur. “Azərsu” qarlı günlərdə gücləndirilmiş iş rejiminda çalışır. Hər hansı bir qəza və yaxud problem yaranarsa, onun qısa müddətdə və operativ aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək”, - o deyib. (Report)