"Politico"da dərc olunan məqaləyə görə, Avropa İttifaqı (Aİ) iqtisadi çətinliklərə görə Ukrayna və Türkiyəni eyni vaxtda üzvlüyünə qəbul edə bilməz.
FED.az xəbər verir ki, adı açıqlanmayan yüksək vəzifəli avropalı məmur nəşrə deyib: "Aİ-nin həm Türkiyəni, həm də Ukraynanı qəbul etməsi mümkün deyil. Bazar buna dözməyəcək".
Məqalədə deyilir ki, Brüssel Ukraynanı fəal şəkildə dəstəkləyir və bu vəziyyət “Aİ-ni Türkiyənin heç vaxt birliyə qoşulmayacağını açıq şəkildə bəyan etməyə məcbur edə bilər”.
"Müxalifətin namizədi (Kamal Kılıçdaroğlu - red) Avropa İttifaqına daha sıx inteqrasiyanı qarşıya qoyduğundan, bu baxımdan, Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlsə, Avropada çoxları “rahat nəfəs alacaq"", - məqalədə bildirilir. (Marja)