Qrenlandiya sakinlərinin 85 faizi adanın ABŞ-nin tərkibinə keçməsini istəmir.
Danimarkanın baş naziri Trampa adanın satılmayacağını deyib
FED.az xəbər verir ki, bu barədə “Verian” sosioloji mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əks olunub.
Məlumata görə, yalnız qrenlandların 6 faizi adanı ABŞ-nin tərkibində görmək istəyir. Respondentlərin 9% bitərəf qalmağa üstünlük verib.
Qeyd edək ki, sorğu 22-26 yanvar tarixlərində adanın yaşı 18-dən yuxarı olan 497 sakindən alınan onlayn-müsahibə əsasında keçirilib. Onlara bu sual verilib: “Siz Qrenlandiyanın Birlikdən (Danimarka, Qrenlandiya və Farer adaları) çıxıb, ABŞ-nin tərkibinə daxil olmasını istərdinizmi?”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp öz çıxışlarında dəfələrlə Qrenlandiyanı ABŞ-nin tərkibində görmək istədəyini bildirib. (Trend)