Qırğızıstan respublikası avqustun 4-də Londonda baş verən hadisələrlə bağlı Azərbaycana dəstək bəyanatı ilə çıxış edib.
Eləcə də bax: Londondakı səfirliyimiz dünənki insidentlə bağlı - AÇIQLAMA YAYDI
FED.az xatırladır ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin binasına radikallar hücum edərək səfirliyə zərər vurub, dini və radikal şüarlar səsləndiriblər.
Qırğızıstan Xarici İşlər Nazirliyi rəsmi bəyanat verərək bu hadisəni pisləyib.
Bəyanatda deyilir: «Qırğızıstan Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu və səfirliyin əmlakına qarşı həyat keçirilən vandalizmi qətiyyətlə pisləyir».
Nazirlik hadisənin ciddi şəkildə və obyektiv araşdırılmasına və günahkarların məsuliyyəcə cəlb edilməsinə çağırıb.