Qırğızıstanın paytaxtı Bişkekdə iğtişaşlar nəticəsində xəsarət alanların sayı 590 nəfərə çatıb.
Eləcə də bax: Bişkekdə etirazçılar meriya və hökumət binalarını ələ keçirdi - YENİLƏNİB
FED.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Onlardan 150-si hospitalizə edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayan insanlar etiraz aksiyalarına başlayıb. Onlar Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında həbsdə olan keçmiş prezident Almazbek Atambayevi, həmçinin Moldovanovka kəndindəki koloniyada həbsdə olan keçmiş Baş Nazir Sapar İsakovu azadlığa buraxıblar. Bundan başqa, Qırğızıstan parlamentinin nümayişçilər tərəfindən zəbt olunmuş binasında yanğın baş verib. (Modern)