Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov dünən istefa verən Baş Nazir Muxammedkalıy Abılqaziyevin istefasını qəbul edib.
Eləcə də bax: Co Bayden Trampı - HƏRBİ ÇEVRİLİŞLƏ HƏDƏLƏYİB
FED.az Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezidentin Baş Nazirin istefasını qəbul etməsi hökumətin tam tərkibdə istefaya getməsi deməkdir.
Prezident Baş Nazirin müavinlərindən və hökumətin digər üzvlərindən xahiş edib ki, yeni hökumət formalaşdırılana qədər öz səlahiyyətlərini icra etsinlər.
Yaxın günlərdə Qırğızıstan Hökumətinin yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.
"azərtac"