Qazaxıstanda kütləvi iğtişaşlar zamanı bir nəfər Rusiya vətəndaşı saxlanılıb.
Eləcə də bax: KTMT-nin Qazaxıstana göndərəcəyi sülhməramlılarının funksiyası - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Xabar 24” telekanalı Qostanay vilayətinin Polis Departamentinin rəhbərinə istinadən yayıb.
Bildirilir ki, Qostanay vilayətində ötən gecə 245 nəfər saxlanılıb. Daha sonradan 35 nəfər sərbəst buraxılıb. Bunlar isə yetkinlik yaşına çatmayanlar və qadınlar olub.
Saxlanılanlar arasında bir rusiyalı daxil olmaqla, digər ölkələrin vətəndaşları da olub. Xarici ölkə vətəndaşlarının hansı məqsədlə sözügedən bölgədə olması hələ məlum deyil.
Polisin məlumatına görə, saxlanılan şəxslər ictimai asayişi pozub, küçədə oturacaqları qırıb və zibilləri ətrafa dağıdıblar. Hadisə yerində “molotov kokteylləri” və travmatik silah aşkar olunub.
İnsident nəticəsində 1 polis əməkdaşı xəsarət alıb. O, hazırda xəstəxanadadır, həyatı təhlükədə deyil.