Rusiyanın ən yaxın müttəfiqlərindən olan Qazaxıstan Ukraynaya qarşı döyüşməkdən imtina edib.
Eləcə də bax: Tokayev kömək üçün KTMT-yə müraciət etdi - VİDEO
FED.az xəbər verir ki, Qazaxıstan rəhbərliyi Ukraynaya qarşı döyüşlərə qoşulmaq barədə Rusiya prezidentinin xahişinə imtina ilə cavab verib.
ABŞ-ın NBC kanalı bu barədə məlumat yayıb. Bundan başqa, Qazaxıstan bəyan edib ki, Rusiya tərəfindən nəzarət edilən qondarma «DNR" və "LNR" respublikalarını tanımır.
ABŞ rəhbərliyi Qazaxıstanın bu məsələdəki mövqeyini alqışlayıb. «Biz Qazaxıstanın "LNR" və "DNR"i tanımaması barədə qərarını alqışlayırıq. Eləcə də biz Putinin Ukrayna ilə smüharibəsinəQazaxıstanın öz qoşunlarını göndərməməsini də alqışlayırıq»- deyə ABŞ-da bildirilib.