Qazaxıstanda bütün icra hakimiyyəti binaları azad edilərək gücləndirilmiş mühafizəyə götürülüblər.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Daxili İşlər Nazirliyi açıqlayıb.
“Respublika üzrə tətbiq olunan fövqəladə vəziyyət çərçivəsində tədbirlər həyata keçirilir. Ölkə ərazisində gecə-gündüz fəaliyyət göstərən 70 blokpost yaradılıb”, - nazirlikdən qeyd olunub.
Məlumata görə, paytaxt Nur-Sultana silah keçirmək cəhdlərinin qarşısı alınıb. Məlumata görə, hüquq-mühafizə orqanları silah daşıyan avtobusları saxlayıblar.
Bundan başqa, Almatının mərkəzi meydanında atışma getdiyi bildirilib.