Azərbaycan Silahlı qüvvələrinin bölmələrinin Qarabağdakı uğurlu əməliyyatları nəticəsində erməni qoşunları ağır itkilər verib və müxtəlif istiqamətlərdə geri çəkilməli olublar.
Eləcə də bax: Ermənistanın hərbi hissə komandiri - Məhv Edildi
FED.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gecə Qarabağda general-mayor Artak Tonoyan da məhv edilib.
Xatırladaq ki, A.Tonoyan əvvəllər Ermənistanın sülhməramlı qüvvələrinə başçılıq edib. Oktyabrın 13-də isə Ermənistan Müdafiə Nazirliyi onu Qarabağdakı döyüş nöqtələrindən birinə göndərmişdi. Burada isə o Azərbaycan Silahlı qüvvələri tərəfindən uğurla məhv edilib.