Son günlər Qarabağda ardıcıl məğlubiyyətə uğrayan Ermənistan Silahlı Qüvvələri işğal olunmuş torpaqlara yeni qüvvələrini gətirməkdə davam edirlər.
Eləcə də bax: Ermənistanda xüsusi təyinatlılar cəbhəyə getməkdən imtina edib - Çarə Qocalara Qalıb
FED.az xəbər verir ki, araşdırmaçı-jurnalist Elçin Alıoğlu işğalçı ölkədən Qarabağa gətirilən hissələri və Ermənistan Silahlı Qüvvələrinin son yerdəyişmələri ilə bağlı operativ məlumatı açıqlayıb.
Ermənistandakı 1-ci Ordu Korpusunun (qərargahı Gorus şəhərindədir) 2-ci motoatıcı alayı bütünlüklə Qarabağa gətirilib.
Korpusun Sisiyandakı 522-ci, Aqarakdakı 539-cu motoatıcı alaylarının, habelə 3 tank batalyonunun biri kəşfiyyat və maddi-texniki təminat bölmələri ilə Ağdərə istiqamətinə göndərilib.
Qərargahı Karçaxpyurda olan 2-ci Ordu Korpusunun 555-ci motoatıcı alayının 40 faizi Qarabağda, Fizuli-Hadrut-Xocavənd rokad istiqamətindədir.
Vanadzordakı 3-cü Ordu Korpusunun Çəmbərəkdəki 549-cu və İcevandakı 246-cı motoatıcı alaylarının yarısı Qarabağdadır.
Yeheqnadzordakı 4-ci Ordu Korpusunun 527-ci motoatıcı alayının və Nubaraşendəki 5-ci Ordu Korpusunun 4-cü İrəvan motoatıcı alayının təxminən 60 faizi Qarabağa göndərilib.
Ağdabandakı 538-ci motoatıcı alayın, Ağdərədəki 83-cü motoatıcı alayın və 2-ci motoatıcı briqadanın şəxsi heyətlərinin təxminən 80 faizi məhv edildyindən onlar səfərbərliklə çağırılanlarla əvəzlənir.
Ermənistanın Gümrü şəhərindəki 7-ci Möhkəmləndirilmiş Rayonun artilleriya qurğuları və nəqliyyat vasitələrinin əksəriyyəti Qarabağa göndərilir.
İrəvandakı Erebuni aerodromunda yerləşən 121-ci və Gümrüdəki Şirak aerodromunda yerləşən 15-ci aviabazadan toplam olaraq 5 Su-25 təyyarəsi və 7 Mi-24P helikopteri Qarabağa yollanıb.
439-cu raket-artilleriya divizionundan 9K58 "Smerç", BM 9A52 (9A52-2) vəTZM 9T234 (9T234-2), 1-ci raket briqadasından (31853-cü hərbi hissə) 1 9K720 "İsgəndər-m" Qarabağa göndərilib.
10-cu əlahiddə briqadanın kəşfiyyat rotası da Xankəndindədir.