Erməni terrorunun məşhur ideoloqlarından biri, yazıçı, ictimai xadim Zori Balayan ölüb.
FED.az xəbər verir ki, bu barədə məlumatı onun oğlu Hayk Balayan yayıb. Qeyd edək ki, Z.Balayan ölkəmizə qarşı daim düşmən münasibəti bəsləyib və ağır cinayət əməlləri törədib.
Onunla bağlı Azərbaycanda cinayət işi başlanılıb. Belə ki, 1980-ci illərin əvvəllərində yazdığı “Ocaq” adlı kitabda o, Qarabağın və Naxçıvanın “qədim erməni torpağı” olduğunu iddia edib. Balayan, həmçinin kitabda türkləri və azərbaycanlıları düşmən elan edib. Bu kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.
1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kaputikyanla birgə Moskvada SSRİ prezidenti Mixail Qorbaçovla görüşərək, ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməyi istəmişdi.
Balayan həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır. Bundan başqa, Z.Balayan “Miatsum” “hərəkatı”nın liderlərindən biri olub. O, Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan ərazilərində qondarma rejimin yaradılmasında və silahlı birləşmələrin fəaliyyətinin koordinasiyasında yaxından iştirak edib.
Bundan başqa, Z.Balayan “Miatsum” “hərəkatı”nın liderlərindən biri olub. O, Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan ərazilərində qondarma rejimin yaradılmasında və silahlı birləşmələrin fəaliyyətinin koordinasiyasında yaxından iştirak edib.
Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi də tanınırdı.
1994-cü il iyulun 3-də Bakı metrosunda - metronun “Gənclik” və “28 May” stansiyaları arasında baş vermiş terrorun sifarişçisi olub. Partlayış nəticəsində 12 nəfər həlak olur, 42 nəfər isə yaralanıb. Sonradan məhkəmədə terror hadisəsini törətmək barədə göstərişin Z.Balayan tərəfindən verildiyi məlum olub. Bununla əlaqədar Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı.
2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanıldıqdan 4 saat sonra sərbəst buraxılmışdı.













