Ermənilər Azərbaycana qarşı təxribatlarını davam etdirir.
FED.az xəbər verir ki, Ermənistan KİV-ləri xəbər verir ki, Qarabağda – Xocalı və Xocavənd rayonlarının ərazilərində istehsal olunan günəbaxan yağları “Voske Katil” (Qızıl damcı) adı ilə ABŞ-a satılır. Satış əsasən, ermənilərin kompakt yaşadığı Kaliforniya ştatında həyata keçirilir.
Eləcə də bax: Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – HƏR İL 80 MİLYON DOLLAR QAZANIRLAR
Xocavəndin Tağaverd kəndinə yerləşən zavod yaxın aylarda istehsalın genişləndirilməsi və Avropa-Asiya ölkələrinə satış da planlaşdırır.
2011-ci ildə Norayr Stepanyan tərəfindən yaradılmış zavod sutka ərzində 40 tona qədər müxtəlif yağlat istehsal edir.
"Modern"