Türkiyənin “Qalatasaray” klubunun borcunun ümumi məbləği müəyyənləşib.
FED.az-ın məlumatına görə, bunu İstanbul təmsilçisinin İdarə Heyətinin üzvü Kaan Kançal klubun növbəti Konqresi zamanı açıqlayıb.
Onun sözlərinə görə, “Qalatasaray”ın və bağlı olduğu ortaq layihələrin bu il martın 31-nə olan borcları 3 milyard 19 milyon 200 min lirəyə bərabərdir. K.Kancal klubun 1 milyard 583 min 400 min alacağı olduğunu da qeyd edib.
İstanbul nəhənginin almalı və verməli olduğu məbləğlər arasında fərq isə 1 milyard 435 milyon 800 min lirə təşkil edir.
Qeyd edək ki, ötən ilin sonunda klubun borcları 2 milyard 825 milyon 800 min, alacaqları ilə müqayisədəki rəqəm isə 1 milyard 265 milyon lirə idi.