Səudiyə Ərəbistanıında kişi və qadınların restoranlara fərqli qapılardan daxil olması qaydası ləğv edilib.
FED.az xəbər verir ki, hökumətin yeni qərarına əsasən, kişi və qadınlar eyni qapdan istifadə edə biləcəklər. Səudiyə Ərəbistanı Bələdiyyələr Nazirliyi bazar günü verdiyi açıqlamada bu mövzuda qərarın restoran sahiblərinə buraxıldığını bildirib.
Eləcə də bax: Səudiyyə ərəbistanlı qadınlar artıq icazəsiz - SƏYAHƏT EDƏ BİLƏCƏKLƏR
Ölkədə bu günə qədər restoranların iki ayrı qapısı olmalıydı. Bunlardan birindən qadınlar və ailələr, digərindən isə kişilər keçə bilərdi. Qeyd edək ki, son vaxtlar Səudiyyədə bir tərəfdən müxalifətə təzyiqlərin artması, digər tərəfdən isə qadağaların ləğvi müşahidə edilir.
Məsələn, ötən ilə qədər ölkədə qadınların avtomobil sürməsi də qadağan idi, amma bu qadağa da götürülüb.