Rusiya prezidenti Vladimir Putin bildirib ki, 90-cı illərdə sərnişin daşımaqla pul qazandığı vaxtları olub. FED.az xəbər verir ki, bu barədə prezidentdən müsahibə alan «Rossiə 24» telekanalı, həmin verilişin anonsunda bildirib.
«Hərdən qazanmaq üçün şəxsi sürücü kimi işləmək lazım gəlirdi. İndi bu barədə danışmaq xoşajəlməzdir, amma təəssüf ki, elə vaxtlar da olub»
Qeyd edək ki, hələ 2018-ci ildə müsahibələrinin birində Putin bildirmişdi ki, vaxtilə Sankt-Peterburqda mer Anatoli Sobçakın seçkilərdə uduzmasından sonra o meriyadakı işini tərk edib və dolanmaq üçün taksi sürücüsü işləməyə də hazır idi.
Putin onu da deyib ki, 1990-cı illərin ortalarında onu Moskvaya, prezident administrasiyasına işə dəvət edəndə bu təklifi qəbul etməyə bilməzdi, çünki həmin vaxt o başqa yerdə iş tapa bilməyəcəkdi.